Kapari bitkisi Aralıq dənizi bölgəsinə aid bir bitkidir, adətən kol şəklində olur. Lakin son illərdə aparılan araşdırmalar göstərir ki, kapari bitkisindən təkcə qida kimi deyil, həm də dərman məqsədləri üçün istifadə etmək olar. 

Foodinfo.az-ın məlumatına görə, kapari bitkisinin xüsusilə xora kimi həzm sistemi xəstəliklərində faydalı ola biləcəyinə dair bəzi sübutlar ortaya çıxıb. Xüsusən də kapari ekstraktı mədə xoralarının sağalma prosesini sürətləndirdiyi və mədənin selikli qişasını qoruduğu müşahidə edilmişdir. 

Bu bitkinin dərman məqsədləri üçün necə istifadə edilməsi və hansı dozalarda təhlükəsiz olması ilə bağlı daha çox araşdırmaya ehtiyac var. Bundan əlavə, kapari bitkisindən xora kimi xəstəliklər üçün istifadə edilirsə, həkim nəzarəti altında və mütəxəssis məsləhəti ilə istifadə etmək vacibdir.