Yataq otağınızda bəzi bitkilər saxlamaqla rahat bir yuxuya sahib ola biləcəyinizi bilirdinizmi? 

 Foodinfo.az həmin bitkiləri və onların faydalarını təqdim edir:

JASMİN: Şirin və xoş bir qoxuya malikdir. Bu qoxunun rahatlaşdırıcı, narahatlığı azaldan xüsusiyyəti var. Buna görə də, yatarkən yaxşı dincəlməyə imkan verir. Depressiyadan əziyyət çəkənlər üçün çox faydalıdır.

 QARDENİYA: Onun qoxusu tez-tez ətir və essensiyaların hazırlanmasında istifadə olunur. Araşdırmalara görə, yuxuya səbəb olan xüsusiyyətlərə malikdir. 

ŞEYTAN SARMAŞIĞI: Yataq otağında toksinləri təmizləyir. Formaldehidin və bəzi kimyəvi maddələrin havadan çıxarılması üçün idealdır.

HÖRÜMÇƏK BİTKİSİ ( AZALEA): Havanı təmizləmək üzrə çempionlardan biri olan hörümçək bitkisi lent çiçəyi kimi də tanınır. Karbonmonoksit, formaldehid və bənzər təmizləyici xüsusiyyətlərə malikdir.

İNGİLİS SARMAŞIĞI: Ən yaxşı hava təmizləyiciləri arasında birinci yerdədir. Havadakı toksinləri, kifləri və bəzi digər allergenləri süzür. 

ORKIDA: Gecələr oksigen buraxır. Buna görə də yataq otağı üçün mükəmməl bir seçimdir.  

ROZMARİN: Rozmarin yalnız yeməklərə dad vermir, onun qoxusu yaddaşı gücləndirir.

Nephrolopis (SEVGİ NƏRDİVANI): Bu bitki qıjı kimi də tanınır. Qapalı yerlərdə yuyucu və təmizləyicilərin yaratdığı uçucu üzvi birləşmələrdən xilas olmaq üçün çox faydalıdır. Otaqdakı rütubəti balanslaşdıraraq rahat nəfəs almağı təmin edir.

AREKA: bu bitki havaya nəm əlavə edir. Quru mühitdə yaşayanlar üçün əla bitkidir. Otaqda areka saxlamaq istəyirsinizsə, onu cənuba və ya qərbə baxan pəncərənin yanında yerləşdirməlisiniz, çünki o, günəş işığını çox sevir.