Zeytun yağı və limonun faydaları saysız-hesabsızdır. Bu iki qidanı qarışdırıb istehlak etmək sözün əsl mənasında sağlamlıq mənbəyidir.
Xüsusilə 12 damcı limon suyunu 1 qaşıq zeytun yağı ilə qarışdırıb acqarına içdikdə dəri sağlamlığını dəstəkləyir. Zeytun yağı dərini nəmləndirib qidalandırarkən, iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəri qızartılarını, qıcıqlanmalarını, sızanaq problemlərini azaldır.
Limon dərinin pH balansını tənzimləyir və dəri tonunu bərabərləşdirir. Dəridəki ləkələri azaldan limon yağlılıq problemi ilə də mübarizə aparır.
Digər tərəfdən qaraciyərə dost olan limon və zeytun yağı qarışığı hüceyrələrin sürətlə yenilənməsini təmin edir.
Öd ifrazını artırmaqla, yağlı qidaların həzmini asanlaşdırmaqla və bağırsaq hərəkətlərini tənzimləməklə həzmi asanlaşdırır. Bu xüsusiyyəti ilə zeytunyağı və limon qarışığı qəbizlik əleyhinə təsirə malik olaraq önə çıxır.
Bu qarışığın faydalarından yararlanmaq üçün xüsusilə səhərlər acqarına istehlak edilməsi məsləhət görülür.