2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 13,544 mln. ABŞ dolları dəyərində (23,025 mln. manat) balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, sözügedən dəniz məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% artıb. Qeyd edək ki, dəniz məhsullarının ölkənin ümumi idxalındakı payı 0,22% təşkil edib, bu isə illik müqayisədə 0,05 faiz bəndi çoxdur.