"OBA" marketlər şəbəkəsi işçi axtarır. Foodinfo.az namizədə dair tələbləri təqdim edir:

Vəzifə: İnsan Resursları Biznes Tərəfdaşı (kiçik mütəxəssis) (Şimal, Bərdə, Bakı) İş yeri: OBA Marketlər şəbəkəsi, Direktorluq: İnsan Resursları Vakansiyalar Xaçmaz, Bərdə və Bakı ofislərindədir. • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində) • Yaş: 23-35; • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri • İşə qəbul müsahibələrinin aparılması bacarığı • MS Office kompüter proqramlarından istifadə etmək bacarığı • Şəxsi avtomobil olması arzuolunandır Vəzifə öhdəlikləri: - Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında üst rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması; - Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi; - İşə qəbul hesabatlarının hazırlanması; - İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək. İş qrafiki: - İş saatları 09:00 – 18:00; - Nahar fasiləsi: 13:00-14:00 - Şənbə və Bazar istirahət günü. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İnsan Resursları Biznes Tərəfdaş" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.