Macarıstan Almaniyadan NATO zirehli briqadasının tərkibində yer alacaq 44 “Leopard 2A7” tankı əldə edəcək.
Bu barədə Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovonski Münhendəki Krauss-Maffei Veqman zavoduna səfərindən sonra bildirib.
"Macarıstan NATO-nun yaratdığı ağır briqadanın tərkibində olacaq. Ölkəmiz Macarıstanın təhlükəsizliyinə zəmanət verən 44 yüksək texnologiyalı “Leopard 2A7” avtomobili sifariş edib", - Müdafiə Nazirliyinin rəhbəri Facebook-da videomüraciətində bildirib.
O qeyd edib ki, Macarıstan silahlı qüvvələri üçün Almaniyadan digər hərbi texnikalar da alacaq:
“Dünya güc tələb edir, biz güclənməyə davam edəcəyik”.