Kanadada salmonellyoz infeksiyası altı nəfərin həyatına son qoyub.
Bu barədə Kanada Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, daha 153 nəfər hazırda salmonellyoz infeksiyasından müalicə alır.
Qeyd olunur ki, daha çox qida zəhərlənməsi kimi tanınan salmonellyozin qurbanları beş yaşınadək uşaqlar və təqaüdçülər olub.
Məlumat üçün əlavə edək ki, salmonellyoz qida yoluxucu xəstəlik hesab olunur.
Mənbə: TASS