Qazaxstan səhiyyə nazirliyi piylənmədən əziyyət çəkən vətəndaşlar haqqında məlumat verib. Foodinfi.az Tengrinews.kz-a istinadla xəbər verir ki, məlumata görə qadınlar arasında kişilərlə müqayisədə kök insanların sayı iki dəfə çoxdur.

Bildirilib ki, 2024-cü il yanvarın 1-nə 16 233 qazaxıstanlı piylənmə diaqnozu ilə qeydiyyatdadır. Bundan başqa, onların 5841-i kişi, 10392-si qadındır.

Piylənmədən əziyyət çəkən qazaxıstanlılar arasında böyüklər uşaqlardan çoxdur (müvafiq olaraq 13892 və 2341 nəfər).

Leyla