Əncir və zeytun yağı qarışığı bir çox sağlamlıq problemlərinin həll yoludur.
Əncir və zeytun yağı qarışığının sağlamlığa müsbət təsiri İbn Sina dövründən məlumdur. Tərkibindəki liflər, antioksidantlar və vitaminlər sayəsində əncir həzm sistemini tənzimləyir, immunitet sistemini gücləndirir və orqanizmə enerji verir.
Foodinfo.az əncir və zeytun yağı qarışığının faydalarını təqdim edir:
- Astma və tənəffüs pozğunluqları ağırlaşmalarını azaldır.
- İmmunitet sistemini gücləndirir və xərçəng hüceyrələrinin meydana gəlməsinə də profilaktik təsir göstərir.
- Əncir bağırsaqları hərəkətə gətirir və qəbizlik riskini azaldır.
- Bədəndə yağ yandırma sürətini artırır.
- Mədə sağlamlığını dəstəkləyərək xora və reflü kimi xəstəliklərə tutulmağı çətinləşdirir.
- Tərkibində güclü antioksidantlar olduğu üçün bu qarışım həm də orqanizmə təmizləyici təsir göstərir.
- Qarışıq həm də döş xərçənginə qarşı profilaktik təsirə malikdir.
- Qan tarazlığını qoruyur və ürək sağlamlığını müsbət şəkildə dəstəkləyir.
- Dəri sağlamlığını qorumağa kömək edir.
- Əzələ və sümük strukturlarını gücləndirir.