Ürək hər gün fasiləsiz işləyərək qanı bütün insan orqanlarına çatdırır. Təhlükəli xəstəliklərin inkişafının qarşısını almaq üçün onun vəziyyətinə nəzarət etmək çox vacibdir. 

Foodinfo.az xəbər verir ki, terapevt, tibb elmləri namizədi Andrey Kondraxin ürəyi sağlam saxlamaq üçün əməl etməli olduğumuz qaydalardan danışıb.

Mütəxəssisin fikrincə, ürəyin sağlamlığını genetik meyillilik və qazanılmış xəstəliklər müəyyən edir.

"İnsan üçün ən önəmli olan genetik aspektdir. Bütün orqanizmin fəaliyyəti 80% ondan asılıdır. Əgər insan bilirsə ki, onun nəslində ürək problemi olan yaxın qohumları olub, bu, kardioqramma müayinəsindən keçmək və mütəmadi olaraq həkim yoxlanışında olmaq üçün səbəbdir. Həmçinin, şəkər və xolesterin səviyyəsi ilə bağlı qan testləri də verilməlidir”, – deyə Kondraxin vurğulayıb.

Qalan 20%-ə isə qazanılmış xəstəliklər təsir edir. Buna görə də, həkim qocalıqda ürək sağlamlığını qorumağa kömək edəcək qaydaları sadalayıb:

1) xolesterin, şəkər və qan təzyiqinin səviyyələrini nəzarətdə saxlamaq;
2) artıq çəkidən azad olmaq;
3) alkoqol və siqaretdən imtina etmək;
4) duzdan istifadəni minimuma endirmək.

Kondraxin, həmçinin, əlavə edib ki, vaxtında qoyulan diaqnoz və müalicə xəstəliklərin gedişatına müsbət təsir göstərə bilər. Aktiv həyat tərzi sürmək, yaxşı yatmaq və stresdən uzaq olmaq çox vacibdir.

Leyla