Son araşdırmalar tez-tez istehlak edilən bəzi içkilərin saç tökülməsini artırdığını ortaya çıxarıb. 

Foodinfo.az xəbər verir ki, tədqiqatçılar xüsusilə şəkərli içkilər, kola, qazlı içkilər, şirinləşdirilmiş meyvə şirələri və enerji içkilərinin saç tökülməsini yüzdə 60 artırdığını bildiriblər. Bu içkilərin həddindən artıq şəkər tərkibi insulin müqavimətinə və qan axınının azalmasına səbəb olur. İnsülin müqaviməti və qan axınının azalması saç follikullarının zəifləməsinə və zamanla saç tökülməsinə gətirib çıxarır.

Tədqiqatçılar şəkərli və qızardılmış qidaların da keçəlləşmə riskini artırdığına diqqət çəkiblər. 

Hər gün qazlı içki qəbul edənlərin təxminən 25%-nin depressiya riskinin artdığı müəyyən edilmişdir. Sağlam saçlar üçün şəkər və qazlı içkilərdən uzaq durmaq, balanslı və sağlam qidalanmaq tövsiyə olunur. Beləliklə, saç tökülməsi problemlərinin qarşısı alınacaq.