Beynin işləməsi üçün qlükozaya ehtiyac var. Ona görə də tez-tez əlimiz peçenye, konfet, tort və digər şirniyyatlara uzanır. Lakin bu, həll yolu deyil. Çünki qənnadı məmulatlarının tərkibində olan təmizlənmiş ağ şəkər zərərlidir. Çox şirniyyat yedikdə özünüzə əlavə kilolar,  diabet və digər xəstəliklər qazana bilərsiniz.

Foodinfo.az zərərli şirniyyatları əvəz edə biləcək məhsulları oxuculara təqdim edir.

1. Zefir. Zefirin tərkibində fosfor, kalsium və qlükoza var. Qan dövranı sisteminin və qaraciyərin daha yaxşı işləməsinə kömək edir, xolesterin səviyyəsini azaldır. Zefir, həmçinin, toksinləri çıxara və beyin fəaliyyətini yaxşılaşdıra bilər.

2. Bal. Virus xəstəliklərinə qarşı kömək edir, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, virus və bakteriyaları öldürür, immun sistemini gücləndirir.

3. Pastila. Pastila faydalıdır, tərkibində çoxlu vitaminlər, dəmir, maqnezium, pektin var. Mədə və bağırsaqların daha yaxşı işləməsinə kömək edir, orqanizmi təmizləyir, xolesterin miqdarını azaldır, ürək və qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

4. Halva. Zehni sağlamlığı gücləndirməyə, depressiyadan qurtulmağa, sümükləri gücləndirməyə və yuxusuzluğu aradan qaldırmağa kömək edir.

5. Acı şokolad. Bu, əhval-ruhiyyəni yüksəldən, PMS (predmenstrual sindrom) zamanı qadınların vəziyyətini yaxşılaşdıran, hamiləliyi daha asan keçirməyə kömək edən və hətta doğuşdan sonra ağırlaşma riskini azaldan məhsuldur.

6. Quru meyvələr. Quru meyvələrin çoxu bağırsaq fəaliyyətinə müsbət təsir göstərir, xüsusən də gavalı və ərik qurusu. Bir çox quru meyvələr ürək üçün faydalıdır.

Nurlan