Son vaxtlar diqqət çəkən sandaloz saqqızı arıqlamağa əhəmiyyətli təsir göstərdiyinə inanılan təbii məhsul kimi önə çıxır. Sandaloz saqqızı qısa müddətdə arıqlamaq istəyənlər üçün tövsiyə olunan əlavələr arasındadır.

 Foodinfo.az-ın məlumatına görə, sandaloz saqqızı arıqlama prosesi ilə yanaşı müxtəlif sağlamlıq problemlərinin də qarşısını alır. Damarların rahatlamasına imkan verərək yüksək təzyiqi azaldır.

Mütəxəssislər bu saqqızı sirkə ilə birgə istehlak etməyi tövsiyə edirlər. Effektiv olması üçün bir çay qaşığı üyüdülmüş səndəl ağacı saqqızı, 1 stəkan içməli su və 1 xörək qaşığı alma sirkəsi qarışdırılmalıdır. Ağız və diş sağlamlığına müsbət təsir göstərən sandaloz saqqızının tərkibində kariyes əmələ gəlməsinin qarşısını alan komponentlər var. Ağızda iltihabın və yaraların qarşısını alaraq xoşagəlməz qoxuları aradan qaldırır.

Bitki mənşəli ağrıkəsici olaraq da üstünlük verilən sandaloz saqqızı sümük, baş və mədə ağrılarının aradan qaldırılmasında təsirli rol oynayır. Səndəl ağacı saqqızının xeyirli təsirindən faydalanmaq üçün onu etibarlı yerlərdən alıb evdə saxlaya bilərsiniz. Yağ yandırma xüsusiyyəti ilə məşhur olan bu saqqız tez arıqlamanıza kömək edəcək ən təsirli məhsullardan biridir.