Əgər tez-tez şirniyyat yemək istəyirsinizsə və bu vəziyyətdən necə çıxacağınızı bilmirsinizsə, bu xəbər sizin üçündür.
Foodinfo.az-ın məlumatına görə, daimi yemək istəyi, hormon balansının pozulması, vərdişlər, emosional aclıq, insulinin salınması, vitamin və ya mineral çatışmazlığı tez-tez şirniyyat yemək istəyinə səbəb ola bilər.
Susuzluq da şirniyyat yemək istəyini tətikləyən amillərdəndir. Xüsusilə az su sərfiyyatı şirniyyat istəyini yaradan əsas amillərdəndir. Gün ərzində mütəmadi olaraq su içmək şirniyyata olan həvəsi azaltmağa və orqanizmi tam nəmləndirməyə kömək edir.
Şirniyyat istəyinin qarşısını almaq üçün müntəzəm və balanslı bir pəhriz olmalıdır. Xüsusilə, yeməkləri atlamadan yemək şirniyyat istəyinin yaranmasının qarşısını alır.
Mütəmadi olaraq su içmək və ya bitki çaylarından istifadə etməklə şirniyyat istəyinin qarşısını ala bilərsiniz.
Başqa bir səbəb yuxusuzlqquqdur. Yuxusuzluq işi tətikləyən və yemək vərdişlərini pozan bir vəziyyətdir.
Bəlkə də cəmiyyətdə şirniyyata düşkünlüyün ən son səbəbi kimi tanınan emosional aclıq əslində ən böyük tətikçilərdən biridir. Periyodik olaraq emosional səbəblərlə başlayan desert istəkləri irəlilədikcə təhlükəli hala çevrilir.
Stressi azaltmaq, kifayət qədər su içmək, lazımı qədər yatmaq, zülal almaq həddindən artıq şirniyyat yemək istəyinin qarşısını alacaqdır.