Müəyyən meyvə və tərəvəz yemək insanların arıqlamağına və daha uzun müddət toxluq hiss etmələrinə kömək edə bilər.
Bəs, hansı qidalar çəkini normada saxlamağa kömək edir?
Foodinfo.az artıq çəki ilə mübarizə zamanı üstünlük verilə bilən dörd meyvə-tərəvəzi təqdim edir:
KƏRƏVİZ
Bu aşağı kalorili tərəvəz çəkini normasında saxlamağa kömək edir. Kərəvizin antioksidanları da onu iltihab əleyhinə bir tərəvəz halına gətirir və xərçəngin qarşısını almağa kömək edir.
ALMA
Alma yüksək miqdarda lif ehtiva edir, bu da insanların daha uzun müddət toxluq hiss etməsinə səbəb olur və beləliklə, iştahlarını və çəkisini idarə etməyə kömək edir.
GİLƏMEYVƏLƏR
Çiyələk, qaragilə və moruq kimi meyvələrdə şəkər azdır, lakin tərkibləri antioksidant və lif baxımından yüksəkdir.
NİŞASTASIZ TƏRƏVƏZLƏR
Brokoli, gül kələm və xiyar kimi tərəvəzlərdə yüksək miqdarda lif və su var ki, bu da insanın özünü tox hiss etməsinə kömək edir.