Yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub, Cəlilabad güləşçisi ölkə çempionu olub.

Foodinfo.az xəbər verir ki, yarışlarda yunan-roma güləşi üzrə 72 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Nurullayev uğurlu nəticə göstərməyə müvəffəq olub. Belə ki, o, keçirdiyi üç görüşün hər birində rəqibi üzərində qələbə çalaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məlumat üçün bildirək ki, Ruslan Nurullayev Cəlilabad rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri Mehralı Qurbanov və Cavid Qurbanovun yetirməsidir.