Təmizləmə asanlığı və mükəmməl nəticə verən məhsullardan biri də kimyəvi ağardıcılardır. Bu səbəbdən kimyəvi ağardıcı tez-tez istifadə edilən təmizləyici vasitələr arasındadır. 

 Foodinfo.az xəbər verir ki, evdar qadınların təmizlik zamanı ən çox rastlaşdıqları problemlərdən biri də paltarlara düşən ağardıcı ləkələridir. Bu vəziyyətdən şikayət edənlər bu ləkələri çıxarmaq üçün müxtəlif üsullar axtarırlar. Paltardan kimyəvi ağardıcı ləkələrini çıxarmaq qeyri-mümkün görünsə də, əslində çox sadə və təsirli bir üsulla bu problemin öhdəsindən gələ bilərsiniz. Bu üsul sayəsində ağartıcı ləkələr artıq problem olmayacaq. 

SİRKƏ 

Paltarlarınızdakı bu ləkələri çıxarmaq üçün istifadə edilən vasitələr arasında ağ sirkə ən təsirlisidir. Ağ sirkə sayəsində ağardıcı ləkələri olan paltarlarınız artıq atılmayacaq və orijinal formasına qayıda biləcək. 

İlk olaraq kimyəvi ağardıcı tökülmüş paltarınızı su ilə yuyun. Sonra bir parçanı ağ sirkə ilə yaxşıca isladın. Sirkəli parçanı ləkələnmiş nahiyəyə çəkin. Bu ləkə paltarınızdan çıxana qədər bu prosesi davam etdirin. Ağ sirkə möcüzəsinin təsirinin dərhal şahidi olacaqsınız.