"OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botu artıq istifadəçiləri ilə səsli danışacaq.

Foodinfo.az xəbər verir ki, hələlik yenilik servisin yalnız "iOS" və "Android" tətbiqlərinin istifadəçiləri üçün əlçatandır. 

Həmin tətbiqdə süni intellekt seçimdən asılı olaraq 5 səslə istifadəçilərlə danışacaq.

Üstəlik, hazırda "ChatGPT" ona göstərdiyiniz şəkillərə də reaksiya verə bilir.

Platformanın səsləri heyrətamiz dərəcədə təbiidir. Onlar "Siri" və ya "Alexa"nın səslərinə bənzəyirlər, lakin daha inandırıcı səslənirlər. Bu səslər peşəkar aktyorların qısa nitq nümunələrindən yaradılıb, daha sonra mətni danışığa çevirmək üçün yaradılan "OpenAI" modelləri tərəfindən işlənilib.

Qeyd edək ki, bütün üstünlüklərə baxmayaraq, robotla danışdığınızı unutmamalısınız.  Bəzən cavablar dəqiq olmaya, hətta səhv ola bilər. Buna görə də "ChatGPT" istifadəçilərə xatırladır: “Bizim ünsiyyətimiz söhbət kimi səslənsə də, unutmayın ki, mən sadəcə məlumatları emal edirəm. Həmişə öz fikrinizə əsaslanən, xüsusilə də vacib məsələlər olduqda”.

Nurlan