Faydalarına görə son vaxtlar gündəmə gələn ən gözəl ağaclardan biri də çinardır. Bu yarpaqlar artritdən xilas edən və daha sağlam bədənə sahib olmağa kömək edən təbii bir bitkidir. Bütün fəsillərdə çinar yarpaqlarını istehlak edərək daha sağlam və bədəninizdəki artıq piylərdən xilas ola bilərsiniz. 

Son illərdə məşhurlaşan çinar yarpağı çayını müntəzəm olaraq içsəniz, həftədə 2 kilo arıqlaya bilərsiniz. 

Qəbizliyə faydalı olan bu yarpaq çayını 1 ay fasiləsiz içsəniz, ayda 8 kiloya qədər arıqlaya bilərsiniz. 

İmmunitet sistemini aktivləşdirdiyi və sürətli arıqlamağa səbəb olduğu üçün çinar yarpağı çayını ac qarına içmək məsləhət görülür. 

Bəs çinar çayı necə hazırlanır? 

Foodinfo.az çinar yarpağı çayının hazırlanma qaydasını təqdim edir:

- Qəhvə qabına bir ovuc qurudulmuş və ya təzə yığılmış çinar yarpağı tökün. 

- Ona soyuq su əlavə edərək qaynamağa qoyun.

- Qaynadıqdan sonra ocaqdan götürüb soyumasını gözləyin.

 - Soyuduqdan sonra acqarına için.

 -İstəsəniz, süfrəyə verərkən çaya bir neçə damcı limon və ya zəncəfil əlavə edə bilərsiniz.