Karolinska İnstitutunun alimləri havanın çirklənməsini vaxtından əvvəl ürək dayanması riski ilə əlaqələndiriblər. Araşdırmanın nəticələri “Journal of the American Heart Association”da dərc edilib.
Tədqiqat İsveçdə 30 min ürək dayanması halının qeydlərini, eləcə də havanın keyfiyyətinə dair məlumatları təhlil edib. Nəticələr göstərib ki, hətta aşağı səviyyəli hava çirkliliyi də ürək xəstəliyi riskini artıra bilər. Üstəlik, bu, təkcə böyük şəhərlərə deyil, kiçik yaşayış məntəqələrinə də aiddir. Müəlliflər hesab edirlər ki, havanın çirklənməsinin səviyyəsini azaltmaq üçün yeni effektiv qanunvericilik tədbirləri lazımdır.