COVID-19 pandemiyası dövründə insanların alimlərə olan etimadı əhəmiyyətli dərəcədə artıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat dərc olunub. 

Bata, Oksford və Aberdin Universitetlərinin alimlərinin araşdırması nəticəsində bu nəticə ortaya çıxıb. 

Sorğuda iki mindən artıq britaniyalı iştirak edib. Bir çox insanların genetiklərə etimadı artıb. Geoloqlara münasibət isə dəyişməz olaraq qalıb. Həmçinin əczaçılıq şirkətlərinə olan etimadın da artdığı qeyd olunub. Pandemiyadan əvvəl alimlərə qarşı mənfi münasibət bəsləyənlərdə isə bu münasibət daha da mənfi xarakter alıb. 

Leyla