Elmi adı Dracunculus vulgarisol olan danaayağı sağlamlıq üçün faydalı bir bitki növüdür. Xalq arasında onu ilanotu, danaayağı, danaotu, eşşəkqulağı, ilançiçəyi, ilançörəyi, filqulağı kimi müxtəlif adlarla adlandırılır. Bitkinin yarpaqları uzun saplıdır və seqmentlidir. Pis qoxu yayan danaayağı gözəl çiçəklərə malikdir. Onların toksikliyi heyvanların onlardan uzaq durmasına səbəb olur.
Foodinfo.az lilqulağı otunun faydalarını təqdim edir:
• Boğaz ağrısı üçün qaynadılmış su ilə qarqara edə bilərsiniz.
• Antipiretikdir.
• Bədənə rahatlıq verir.
• Hemoroid üçün faydalı bitkidir.
• Sinirləri stimullaşdırır.
• Laksatif təsirlərə malikdir.
• Diaforetik və bəlğəmgətirici xüsusiyyətləri daşıyır.
• Bir məlhəm hazırlana və dəriyə xaricdən tətbiq oluna bilər. Bu krem yaralar və göbələk xəstəlikləri üçün faydalıdır.
• Bronxit, astma, xroniki soyuqdəymə, bağırsaq qazları və revmatizm üçün daxili istifadə edilə bilər.
Filqulağını şirinləşdirmək üçün baldan istifadə edə bilərsiniz.