Dəmir bədənimizdə mühüm rol oynayan bir elementdir. Bəzi qidalar dəmirin udulmasını artırır, digərləri isə bu udulmana maneə törədir.

Foodinfo.az xəbər verir ki, dəmirin udulmasını artırmaq üçün aşağıdakılara əməl etməlisiniz:

Dəmir bədəninizin düzgün işləməsi üçün lazım olan əsas minerallardan biridir. Buna görə də gündəlik qida rasionunuzda kifayət qədər dəmir əldə etmək çox vacibdir. Yediyiniz qidalar təkcə istehlak etdiyiniz dəmirin miqdarına deyil, həm də dəmirin nə qədər yaxşı mənimsənilməsinə təsir göstərir. Tələb olunan gündəlik miqdar böyüklər üçün 7-18 mq, hamilə qadınlar üçün isə 27 qramdır.

Biftek, mal əti, toyuq, quş əti, levrək, qızılbalıq, istiridyə, midye, düyü, buğda, yulaf, ispanaq, kələm, kişmiş, quru ərik, mərcimək və lobya tərkibində ən çox dəmir olan qidalar arasındadır.

Vitamin C dəmirin udulmasını artırır. Qovun, çiyələk və sitrus meyvələri kimi C vitamini ilə zəngin qidalar dəmiri tuyaraq asanlıqla sorulacaq formada saxlayır. 

Tərkibində fitatlar olan qidalar (bütün taxıllar, soya, qoz-fındıq və s.) dəmirin udulmasını əhəmiyyətli dərəcədə azaldır. 

Kalsium sağlamlıq üçün çox vacib bir mineraldır. Bununla belə, tərkibində kalsium olan qidalar dəmirin udulmasına mane olur. Tədqiqatlar göstərir ki, süd, pendir və ya əlavələrdən alınan 165 mq kalsium dəmirin udulmasını təxminən 50-60% azaldır. Ona görə də balıq-qatıq, toyuq-ayran kimi tərkibində kalsium və dəmir olan qidaların birlikdə istehlak edilməsi tövsiyə edilmir.  

Qəhvə və çay yüksək polifenol tərkibinə malikdir və dəmirin udulmasını maneə törədir. Bir araşdırmada, yeməklə bir fincan qara çay içmək, dəmirin udulmasını 60-70% azaldır.