Biotexnoloji şirkət “Moderna” dəri xərçənginə qarşı peyvəndin iki il ərzində - 2025-ci ildə hazırlanacağını açıqlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə MedicalXpress-in yaydığı məlumatda bildirilir.
Terapevtik xərçəng peyvəndi bədəndə artıq mövcud olan şiş hüceyrələrini məhv etmək üçün istifadə edilə bilər ki, bu da onu xəstəliyin qarşısını alan digər vaksinlərdən fərqləndirir. Başqa sözlə, bu peyvəndlər immunitet sisteminin qüsurlu hüceyrələrə qarşı fəaliyyətini gücləndirərək müalicə edir.
Tədqiqat melanoma irəliləməsi olan 157 nəfəri əhatə edib. “Moderna”nın xüsusi peyvəndi ölüm riskini üç il ərzində 49 faiz azaldıb.