Bədənin dərmanları daha yaxşı əmməsi üçün necə qəbul edilməsi çox vacibdir. Bir çox insan dərmanların susuz qəbulunun əslində çox təhlükəli olduğunu dərk etmirlər.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, dərmanlar su ilə qəbul edilməlidir. Susuz qəbul edilən dərmanlar qida borusunda və ya bağırsaqlarda qıcıqlanma və zədələnməyə səbəb olur. Dərmanların susuz qəbulu boğazda xoraların əmələ gəlməsinə səbəb olar. Dərman boğaza yapışarsa, qida borusunun həssas selikli qişasına toksik təsir göstərər.
Bu arada, bəzi dərmanlar acqarına qəbul edildikdə ən yaxşı nəticə verir, digərləri isə yeməkdən sonra qəbul edilməlidir. Elə dərmanlar da var ki, onları eyni vaxtda qəbul etmək olmaz. Dərman istifadəsinin təfərrüatları ilə bağlı həkim və əczaçı ilə məsləhətləşmək lazımdır.
Qan durulaşdıran dərmanlar heç vaxt əzilməməlidir. Effektiv konsentrasiyalar zəhərli təsir göstərə bilər.