Bəzən təzyiqi normal vəziyyətə gətirmək üçün yediklərimizə diqqət yetirmək kifayətdir.
Kardioloq və tibb elmləri namizədi Yelena Qriçukun sözlərinə görə, bir çox insanlar sadəcə həyat tərzini dəyişdirməklə qan təzyiqini aşağı salmağı bacarırlar. Bəzən idmanla məşğul olmağa başlamaq, spirt və kofein istehlakını minimuma endirmək, siqareti buraxmaq və stresslə mübarizə aparmağı öyrənmək kifayətdir.
Bundan əlavə, tədqiqatlar göstərir ki, müəyyən qidaların müntəzəm istehlakı yüksək qan təzyiqini azaltmağa kömək edə bilər. Ət, duz, kolbasa istehlakını azaltmaq tövsiyə olunur.
Fərid