Azərbaycanda məktəblərin fəaliyyətə başlaması ilə bağlı rəsmi qərar verilib. Foodinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində oktyabrın 1-dən, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə  sentyabrın 22-dən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə sentyabrın 29-dan tədris və təlim-tərbiyə prosesinə başlanılır və dərslər əyani formada təşkil ediləcək. Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın və bu Qərarın tələblərinə müvafiq olaraq təşkilini təmin etməlidir.