Bu yaxınlarda sosial mediada duş başlığını təmizləyən Vector adlı fenomenin videosu yayıldıqdan sonra mütəxəssislər duş başlığı xəstəliyinə diqqət çəkdiblər. Duş başlığınız mikrob və xəstəliklər yaya bilər.

Duş başlığı adlandırılan xəstəliyə bakteriya ailəsindən olan bir mikrob səbəb olur ki, bu da vərəmə səbəb ola bilər 

 Foodinfo.az xəbər verir ki, legioner xəstəliyi baş ağrısından komaya, hətta orqan çatışmazlığına qədər hər şeyə səbəb ola bilən bir bakteriya növüdür.

Quru öskürək, baş ağrısı və ishal ilə özünü göstərir. Onlar adətən çirklənmiş su mənbələrində, duş başlıqlarında və ya hətta kondisionerli mühitlərdə məskunlaşa və sonra insanlara yoluxa bilərlər.

Duş başlığı xəstəliyi quru öskürək, əzələ ağrıları, ekstrapulmoner simptomlar, baş ağrısı və ishal ilə özünü göstərir.

Mikrob duş başlığının içərisinə yerləşərək çoxalır və duş qəbul edərkən kiçik su damcıları ilə ağciyərlərə çatır.

Bu xəstəlikdə xəstəni komaya aparan hərarət çox mühüm faktordur. Xəstə sətəlcəm olanda və qızdırması olanda nəbzi artır, duş başlığı xəstəliyi olanda isə nəbzi azalır.

Xəstəlik xüsusilə hündürboylu, arıq insanlarda, skoliozlu, yəni onurğa əyriliyi olanlarda, immun sistemi zəif olanlarda və artıq ağciyər xəstəliyindən əziyyət çəkənlərdə özünü göstərir.

Semptomlar infeksiyadan 2-3 gün sonra görünməyə başlayır. Xəstəlik müəyyən edildikdən sonra erkən diaqnozla müalicəsi mümkündür.