Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.
“Reuters”ə xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.
Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb.
Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın “Associated Press”ə dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.