Nanoplastik insanlar üçün çox "rahat" ixtiraya çevrilən plastikin parçalanması nəticəsində yaranan məhsuludur. Lakin plastik tamamilə parçalanmır və sağlamlıq üçün son dərəcə təhlükəlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə ekoloq İlya Rıbalçenko xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, alimlər plastik fraqmentlərini təkcə butulkada olan suda deyil, hətta Şimal qütbündə də tapırlar. Plastik molekullara parçalansa da, strukturu dəyişməz olaraq qalır. O, gübrə, qida və ya canlıların yuva qurması üçün yararlı ola biləcək elementlərə parçalanmır. 

Ekoloq vurğulayıb ki, nanoplastik xərçəng xəstəliklərinə səbəb olur. 

Təbiətdə plastiki parçalayıb zərərsiz hala gətirmək üçün bir üsul yoxdur, lakin onun zərərli hissəciklərinin konsentrasiyasını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. 

Məsələn, bioloji parçalana bilən plastiklərə keçmək olar. Düzdür, polietilenin qiyməti xeyli aşağıdır, ona görə də müəssisələr ekoloji cəhətdən təmiz plastik növlərinə keçmək istəmirlər.

Leyla