Qış aylarında tənəffüs yolu infeksiyalarının ən çox rast gəlinən xəstəliklər olduğunu bildirən mütəxəssislər immun sisteminin zəifləməməsi üçün həm qidalanmaya, həm də yuxu rejiminə diqqət yetirməyi vurğulayırlar.

Foodinfo.az xəbər verir ki, havada ani temperatur dəyişmələri, günəşə aldanıb geyinilən nazik paltarlar, qidalanma və yuxu rejiminin dəyişməsi bədənin müqavimətini azaldır. Bu, soyuqdəymə və qripin artmasına səbəb olur. 

Mütəxəssislər soyuqdəymənin virus infeksiyalarından qaynaqlandığını bildirirlər. 

Qrip isə bakterial infeksiyalardan qaynaqlanır. Qrip daha ağır keçdiyi halda, soyuqdəymə qripin daha yüngül variantı sayıla bilər. Bu zaman soyuq və isti hava balansına diqqət etmək lazımdır. Əlləri tez-tez yumaq bu xəstəliklərə tutulma riskini azaldır. Həmçinin peyvəndlər bu xəstəliklərdən insanları qoruyur. Bu dövrdə bol su istehlak edilməli, gigiyena və məsafəyə riayət edilməli, nizamlı yatmağa diqqət yetirilməlidir. Ən əsası nizamlı və balanslı pləhriz alınmalıdır.