Yeməklərdə və müxtəlif qəlyanaltılarda tez-tez istifadə etdiyimiz xiyar son dərəcə faydalı qidadır. Yüksək miqdarda su, vitamin və mineral ehtiva edən xiyar sağlamlıq anbarıdır. Üstəlik ölkəmizdə hər zaman yetişdirilən tərəvəzlərdən biri olduğu üçün son dərəcə əlçatan və tez-tez istifadə olunan məhsuldur.

Foodinfo.az xəbər verir ki, tərkibindəki yüksək su sayəsində dəriyə böyük fayda verən xiyar vitamin və minerallarla da zəngindir. Bu səbəbdən də hər mövsüm istehlak edilməsi lazım olan qidalardan biridir. 

Xiyar bədən üçün faydalarından əlavə dəriyə qulluq rutinində tez-tez istifadə edilən bir qidadır. Dəriyə tətbiq olunduqda həm təravətləndirici, həm də cavanlaşdırıcı təsir göstərən xiyar dəri ləkələri üçün də təbii kosmetik effekt təqdim edir.

Xiyarı kəsdikdə onun su quruluşu pozulur və tərəvəz sulanmağa başlayır. Dilimlənmiş xiyarları bir-birinə sürtdükdə ağ köpüklü maddə görünür. Bu köpük dəridə təbii fito-kosmetik effekt yaradır. Bu da dərinin təbii ehtiyaclarını ödəmək üçün mükəmməl bir vasitədir. Buna görə də onu müntəzəm olaraq dəriyə tətbiq etmək son dərəcə faydalıdır.

Xiyar dilimlərini həftədə 2-3 dəfə dərinizə çəkin. Nəmlənməsini gözlədikdən sonra yuyun və dərinizə uyğun nəmləndirici tətbiq edin. Fərqi dərhal hiss edəcəyiniz.