Bu ilin aprel ayında ən çox bahalaşan və ucuzlaşan ərzaq məhsulları açıqlanıb. Foodinfo.az Dövlət Statistika Komitəsinə istinədən qiymətləri ən çox dəyişən ərzaq mallarının siyahısını təqdim edir: Ən çox bahalaşanlar Cari ilin aprel ayında əvvəlki aya nisbətən daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin tütün məmulatlarının qiymətində müşahidə edilib.   Ən çox ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.