2021-ci ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,4 faiz olub. Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, istehlak qiymətləri indeksi cari ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 104,7 faiz təşkil edib.