Bəzən qəzəblənəndə vəziyyəti ələ almaq asan olmur.

Ancaq münasibətləri qorumaq üçün qəzəbi sağlam şəkildə ifadə etmək lazımdır. Bəs bunu necə etməliyik? Qəzəbləndiyiniz zaman heç vaxt deməməli olduğunuz cümlələr:

“Məni pis vəziyyətdə qoyursan” demək əvəzinə, "Belə etməyin mənim üçün çətindir və özümü dəyərsiz hiss edirəm" demək təklif edilir.

İnsan əsəbi olanda cümlə seçiminə diqqət etmək bir o qədər də çətinləşir. Problemi həll edə bilməyəndə təkid etməməli və sakitləşənə qədər söhbətdən uzaqlaşmalısınız:

1. Nitqin məqsədini müəyyənləşdirin.

2.Məsələni fərdiləşdirməyin.

3. Problemin həllinə töhfə verin.

4. Müzakirəni irəli aparmağa hazır olun.

5. Qarşınızdakının tələblərinə qulaq asın.

6. Müsbət rəy bildirin.