Təmizlik hər ev üçün vacib bir məsələdir. Evinizin hər zaman təmiz görünməsi həm sağlamlıq həm də görünüş cəhətdən çox vacibdir. Nə qədər silsək də, evimiz tez tozlanır və bu da çox bezdirici olur. Evdə toz yığılmasını əhəmiyyətli dərəcədə azaldan və tozlanma prosesini yarıya endirən möcüzəvi qarışığı sizinlə paylaşırıq.
Hər evdə tapılan bu 4 material sayəsində evdə tozun əmələ gəlməsini gecikdirə bilərsiniz. Bu möcüzəvi qarışıqla tozlanma vaxtınız gecikəcək və eviniz daha az tozlu olacaq.
Boş bir sprey şüşəsinə 2 stəkan su, 1 stəkan ağ sirkə, 2 xörək qaşığı zeytun yağı və 1 çay qaşığı qab sabunu əlavə edib yaxşıca qarışdırıb istifadə edin.