Şübhəsiz ki, eynək istifadəçilərini ən çox bezdirən vəziyyət eynəkdəki qalıcı cızıqlardır. Eynək şüşələrindəki cızıqlar aydın görmə qabiliyyətinə təsir edir və bu cızıqları aradan qaldırmağın heç bir yolu olmadığı düşünülür. 

 Yanlış təmizləmə üsullarından istifadə nəticəsində eynəyinizdə yaranan cızıqları təmizləmək üçün heç bir kimyəvi maddə istifadə etməyinizə və ya yeni eynək şüşələri almağınıza ehtiyac yoxdur. Eynəkdəki cızıqları aradan qaldırmaq üçün təbii üsullardan və məsləhətlərdən istifadə etmək həm təsirli, həm də zərərsizdir. 

 Foodinfo.az eynəkdəki cızıqları aradan qaldırmağın təbii üsullarını təqdim edir:

DİŞ PASTASI:

Eynək şüşələrindəki cızıqları diş pastası ilə asanlıqla silə bilərsiniz. Əvvəlcə eynəyin üzərinə az miqdarda diş məcunu sıxın, sonra pastanı cızıqlara yaxşıca yaymaq üçün mikrofiber parçadan istifadə edin. Nəhayət, isti su ilə yumşaq bir şəkildə yaxalamaqla, pastanı çıxara və cızıqların getdiyini görə bilərsiniz.

SU VƏ SABUN:

Su və sabundan da istifadə eynəklərinizdəki cızıqları aradan qaldıracaq. Bu üsuldan istifadə etmək üçün ilıq su və sabunu qarışdırıb köpük hazırlayın. Sonra eynəkləri ilıq sabunlu suda yuyun. Bu prosesi bir neçə dəqiqə davam etdirdikdən sonra cızıqların getdiyini görəcəksiniz.

UŞAQ ŞAMPUNU:

 Kimyəvi tərkibi adi şampundan daha az olan uşaq şampunları eynək linzalarındakı cızıqları da təmizləyir. Ancaq bu üsul kiçik və dayaz cızıqlar üçün keçərlidir. Eynəklərə uşaq şampunu çəkib sonra ilıq suda yumaqla cızıqlardan qurtula bilərsiniz.

 SİRKƏ: 

Eynək şüşələrindəki cızıqları sirkə ilə təmizləyə bilərsiniz, lakin bu üsul üçün az miqdarda sirkə istifadə etmək çox vacibdir. Həddindən artıq miqdarda sirkə istifadə cızıqları təmizləməz, əksinə cızıqların əmələ gəlməsinə səbəb olar. Mikrofiber parça ilə eynəklərə az miqdarda sirkə çəkin və 2 dəqiqə gözləyin. Sonra şüşələri isti su ilə yuyun. Cızıqların yox olduğunu görəcəksiniz.