Düzgün olmayan qidalanma, fiziki fəaliyyətin olmaması, hormonal dəyişikliklər, genetik meyl, bəzi dərmanlar, stress və metabolik faktorlar kökəlmənin səbəblərindəndir. Mütəxəssislər artıq çəkidən şikayət edən insanların həm sağlam qidalanmasını, həm də mütəmadi olaraq idmanla məşğul olmağı tövsiyə edir. Keçən il İngiltərədə aparılan bir araşdırma yenidən sosial mediada trend mövzusu olub.
News24.az xəbər verir ki, London Universitet Kolleci tərəfindən aparılan araşdırmada 15 mindən çox iştirakçıya izləmə cihazları qoşulub. Araşdırmadan sonra dərc edilən açıqlamaya görə, hər gün yarım saatlıq yatmaq beldə təxminən 2,5 santimetr arıqlamağı təmin edə bilər.
Araşdırmanın müəlliflərindən biri olan Dr. Jo Blodgett məsələ ilə bağlı aşağıdakı açıqlamanı verdi:
"Gündəlik 30 dəqiqə oturaq davranışı 30 dəqiqəlik yuxu ilə əvəz etmək bədən kütləsi indeksinin 0,43 aşağı olması və 1,75 sm (0,7 düym) daha incə belə sahib olmağınıza kömək edəcək"