Hamiləlik zamanı qarın nahiyəsində yaranan çatlar bəzən xoş görüntü olmaya bilər. Qarın nahiyəsinin genişlənməsi ilə ortaya çıxan bu izlərin qarşısını bəzi üsullarla ala bilərsiniz. Ancaq hər hansı bir üsulu sınamazdan əvvəl həkimə müraciət etmək lazımdır. Həkim tərəfindən icazə verilməyən hər hansı bir məhsul hamiləlik dövründə istifadə edilməməlidir.

Niyə hamiləlik zamanı belə çatlar yaranır? 

Hamiləlik dövründə çatların ən çox görülən səbəbi çəki artımıdır. Bundan əlavə, sürətli hormonal dəyişikliklər də bu problemi tətikləyə bilər. 

Dəri uzandıqca dəri səthində çatlar müşahidə olunur. Xüsusilə son 3 ayda bu çatlar daha çox görünür. Quruyan dəri elastikliyini itirir və qarın nahiyəsində ağ xəttlər əmələ gəlir. 

Hamiləlik zamanı belə xətlərin qarşısını necə almaq olar?

Çat əleyhinə krem: Əvvəlcə həkiminizlə məsləhətləşərək ala biləcəyiniz çat əleyhinə kremlər qarın bölgəsi üçün çox təsirlidir. 

Nəmləndirici: Hamiləlik zamanı çat əleyhinə kremlər tək başına kifayət deyil. Dəri nəmini itirdiyi üçün nəmləndirici kremlər də çəkilməlidir. 

Çəki nəzarəti: Hamiləlik dövründə nəzarətli şəkildə kökəlmək lazımdır. Həddindən artıq çəki artımından qaçınılmalıdır. 

Balanslı qidalanma: Bu dövrdə sağlam və balanslı qidalanma həm ananın, həm də körpənin sağlamlığı üçün çox vacibdir. Balanslaşdırılmış pəhriz də dəri sağlamlığına müsbət təsir göstərir. Fast food və yağlı qidalar pəhrizdən tamamilə xaric edilməlidir.

Su istehlakı: Bu dönəmin rahat keçməsini təmin etmək, dərini nəmləndirmək və çat izlərinin qarşısını almaq üçün bol su istehlak edilməlidir. 

Məşq: Hamiləlik pilatesi və ya hamiləlik yoqası kimi yüngül məşqlər edilə bilər. 

Qan dövranı: Bu izlərin qarşısını almaq üçün yüngül templi gəzinti və ya hamiləlik masajı ilə qan dövranını sürətləndirə bilərsiniz.