İdeal ağ dişlər təkcə estetik yox, həm də psixoloji əhəmiyyət daşımağa başlayıb. Buna baxmaraq, heç də hamımız anadangəlmə ağappaq dişlərimizlə öyünə bilmirik.
Foodinfo.az xəbər verir ki, sarı rəngli dişlər kariesin və diş xəstəliklərinin xəbərçisi hesab edilir. Gün ərzində qəbul etdiyimiz qidaların tərkibində və ağzmızda olan bakteriyalar dişlərimizin saralmasına və diş daşlarının yığılmasına səbəb olur. Bu cür dişlər estetik görünüşü pozmaqla bərabər insanın özünün də narahatlığına səbəb olur.
Genetik faktordan əlavə, dişlərin sarı olmasının müxtəlif səbəbləri də var. Dəri rəngi və saç rəngi kimi insanların dişlərinin rəngi də mavi-ağ, boz-ağ, qəhvəyi-sarı və ya sarı ola bilər. Bundan əlavə, kola, qəhvə və şalgam suyu kimi içkilər; Qırmızı bibər və zəfəran kimi ədviyyatlar; Gilas və qara tut kimi meyvələr dişlərdə qalıcı rəng dəyişikliyinə səbəb ola bilər.
Öskürək siroplarının tərkibində şəkər olduğundan dişlərin rənginin dəyişə bilər.
Həmçinin qara və ya qəhvəyi çay dişlərin saralmasına səbəb olur. Ancaq yaşıl çay da eyni təsirə malikdir. Çay içdikdən 30 dəqiqə sonra dişlərinizi fırçalamalısınız.
Yaşlandıqca dişlər köhnəlir, aşınma nəticəsində dişə ağ görünüş verən mina toxuması zəifləyir və diş rəngi qaralır. Bu təbii proseslə yanaşı, müxtəlif xarici və daxili faktorların təsirindən də diş rəngi qarala və parlaqlığını itirə bilər.
Uzun müddətli dərman istifadəsi və ya kemoterapi və ya radiasiya terapiyası kimi uzunmüddətli prosedurlar da dişlərinizə qan axınını pozaraq onların rənginin dəyişməsinə səbəb ola bilər.