Yeni il süfrəsini salatsız təsəvvür etmək mümkün deyil. Bəs salatları nə qədər saxlamaq olar?
Foodinfo.az xəbər verir ki, bu barədə texnoloq Yelena Erşova danışıb.
Onun sözlərinə görə, soyuducuda +2...+6° temperaturda tərkibində çiy və bişmiş tərəvəz və ya meyvə, ət, quş əti, hisə verilmiş ət olan salatların əksəriyyəti maksimum 18 saat (mayonezlə olduqda isə yalnız 12 saat) saxlanıla bilər.
Lakin konservləşdirilmiş tərəvəz və ya qaynadılmış yumurtailə hazırlanan salatlar mayonez əlavə olunduqdan sonra yalnız altı saat, dəniz məhsulları ilə hazırlananlar mayonezsiz - 12 saata qədər, marinə olunmuş, duza qoyulmuş tərəvəzli salatlar - 36 saata qədər saxlanıla bilər.
Mayonez və müxtəlif souslar salatların saxlama müddətini əhəmiyyətli dərəcədə azaldır, çünki istənilən sous mikroorqanizmlərin inkişafını sürətləndirir.
Erşova meyvə salatlarının saxlama müddətini uzatmaq üçün yalnız yuyulmuş və yaxşıca qurudulmuş meyvələrdən istifadə etməyi məsləhət görür. Xama və ya yoqurtla hazırlanan salatlar isə ümumiyyətlə saxlanmaq üçün nəzərdə tutulmur, çünki sousların turşuma prosesi isti otaqda yarım saatdan sonra başlayır.
Bəzi salatlar hətta dondurula da bilər: məsələn, yunan salatı dondurucuda bir neçə aya qədər saxlanıla bilər. Kələmdən hazırlanmış salatları da dondura bilərsiniz: ağ kələm, Çin kələmi, gül kələm.
Mayonez sousları ilə hazırlanan salatları dondurmaq məsləhət deyil, dovu açıldıqdan sonra formasını və dadını itirirlər.
Yağla hazırlanan salatlar isə dondurulsa da, dadını itirmir
Leyla