Bahar yenilənmə, ilham və təbii ki, qışdan sonra orqanizmin ehtiyatlarını doldurma dövrüdür. Ona görə də mağazaya gedərkən çips və digər qəlyanaltılar əvəzinə təbii mövsümi məhsullara fikir vermək daha yaxşıdır.
Foodinfo.az bildirir ki, yazda kivi, zoğal, nar, göbələklər, turp, üzüm, cəfəri, ispanaq kimi meyvə tərəvəzlər çox effektiv olur. Odur ki, mövsümi inqrediyentlərlə sadə yeməklər hazırlamağa çalışın. Məsələn, hinduşka filesi əlavə edə biləcəyiniz ispanaq və nar ilə salat. Və ya ağır yan yeməklər yerinə, sobada göbələk ilə gül kələm bişirin. Təravətləndirici yaz içkisi üçün üzüm, zoğal, kivi və hətta ispanağı blenderdə qarışdırın.
Nurlan