Saç tökülməsi bir çox insanın kabusuna çevrilən problemdir. Buna genetik faktorlar, hormonal dəyişikliklər və stress kimi bir çox vəziyyətlər səbəb olsa da, vitamin çatışmazlığı da göz ardı edilə bilməyən mühüm səbəblərindəndir.
Foodinfo.az xəbər verir ki, saç sağlamlığını qorumaq üçün bədənin ehtiyac duyduğu vitaminlərə biotin, dəmir, D vitamini, A vitamini və E vitamini daxildir. Xüsusilə bu vitaminlərin olmaması saç tökülməsinə səbəb olur.
Vitaminlər sağlam və güclü saçlara sahib olmaqda böyük rol oynayır, buna görə də onların çatışmamazlıqlarını aradan qaldırmaq saç tökülməsini azaltmağa kömək edir.
1. Vitamin D çatışmazlığı: Günəş işığı ilə sintez edilən D vitamini saçların uzanması üçün çox vacibdir. Çatışmazlıq saç tökülməsinə, kövrəkliyə və solğunluğa səbəb ola bilər.
2. Dəmir çatışmazlığı: Dəmir oksigen nəqli və hüceyrə funksiyaları üçün lazımdır. Çatışmazlıq saç follikullarının zəifləməsinə və saç tökülməsinə səbəb ola bilər.
3. Biotin (B7) çatışmazlığı: Bu vitamin saç, dəri və dırnaq sağlamlığı üçün əhəmiyyətli vitamindir. Biotin çatışmazlığı saç tökülməsinin və dırnaqların qırılmasının ən əhəmiyyətli səbəblərindən biridir.
4. Sink çatışmazlığı: Sink immunitet sistemi və kollagen sintezi üçün zəruridir. Sink çatışmazlığı saç tökülməsinə və dəri problemlərinə səbəb ola bilər.
5. Vitamin B12 çatışmazlığı: B12 sinir sistemi və qan hüceyrələri üçün əhəmiyyətlidir. Bu vitaminin çatışmazlığı saç tökülməsi, yorğunluq və halsızlıq kimi əlamətlərə səbəb ola bilər.
Sağlam və balanslı qidalanma vitamin çatışmazlığının və saç tökülməsinin qarşısını almağın ən vacib yollarından biridir. Yuxarıda sadalanan vitaminləri ehtiva edən qidalardan istifadə etməklə saçlarınızın sağlam qalmasına kömək edə bilərsiniz.