Avstraliyanın Kvinslend Universitetinin alimləri sübut ediblər ki, artıq çəki orqanizmin SARS-CoV-2 infeksiyasına reaksiyasını pisləşdirə bilər, lakin peyvəndlə təmin edilən qorunmaya təsir etmir. Tədqiqatın nəticələri Clinical & Translational Immunology jurnalında dərc olunub.

Təkcə piylənmənin deyil, artıq çəkinin SARS-CoV-2-nin şiddətini artırdığı daha əvvəl sübut edib. Yeni işdə tədqiqatçılar COVID-19-dan sağalmış və infeksiyadan təqribən 3 ay və 13 ay sonra tədqiqat dövründə yenidən yoluxmamış insanlardan qan nümunələri toplayıblar.

İnfeksiyadan on üç ay sonra artan bədən kütləsi indeksi (BMI) həm antikor aktivliyinin azalması, həm də COVID ilə mübarizə aparan antikorların istehsalına kömək edən müvafiq B hüceyrələrinin faizinin azalması ilə əlaqələndirilib.

Tədqiqat göstərir ki, əgər infeksiya artıq çəkili insanlarda ağır xəstəlik riskinin artması və immun reaksiyasının zəifləməsi ilə əlaqələndirilirsə, bu qrup potensial olaraq təkrar infeksiya riski altındadır.