Heyvan mənşəli məhsullardan istifadə etməyən insanlar ən çox diş çürüməsi riski altındadır. Foodinfo.az xəbər verir ki, bunu Eurokappa istehsalat şirkətinin ortodontoloqu və klinik direktoru Artyom Kuznetsov deyib.
Vegeterianlar daha çox karbohidratlar yeməyə məcbur olurlar ki, bu da kariyes inkişaf riskini artırır. Bundan əlavə, tərkibində turşu olan meyvələrin həddindən artıq istehlakı diş minasının eroziyasının inkişaf riskini artırır.
Bundan əlavə, ətdən imtina edən insanlarda dişi əhatə edən toxumalar kompleksi ilə bağlı problemlər yarana bilər. Məsələ ondadır ki, əti ehtiyatlı çeynəmə tələb olunur ki, bu da toxumalara fayda verir
Yeri gəlmişkən, vegeterianlarda tez-tez D və B12 vitaminləri, kalsium və bir çox başqaları çatışmır ki, bu da dişlərin və ağız boşluğunun sağlamlığına çox mənfi təsir göstərir.
Fərid