Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlıqlı qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və rafine şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Seçdiyimiz qidalardan bəziləri bədəni "zireh kimi" qoruya bilir. 

Foodinfo.az ömrü uzadan qidaları təqdim edir:

QARAGİLƏ

Bu kiçik bənövşəyi meyvə bədəni infeksiyadan zireh kimi qoruyan vitaminlər və antioksidantlarla doludur. Həm də dadlı və aşağı kalorilidir. Tədqiqatçıların fikrincə, qaragilə antioksidantlarla zəngin olduğu üçün yaşlanma əleyhinə güclü təsirə malikdir. Onlar hüceyrələri sağlam saxlamağa və zədələnmənin qarşısını almağa kömək edir, eyni zamanda DNT bərpasını dəstəkləyir. Tərkibindəki C vitamini sayəsində əzələ zədələrini və ağrıları azaldır. Kollagen istehsalı ilə göz sağlamlığını dəstəkləyir.

POMİDOR 

Pomidor qocalma əlamətlərini yavaşlatmağa kömək edən bir tərəvəzdir. Onun istehlakı dərimizi qocalmaqdan qoruyur və qırışlarla mübarizə aparmağa kömək edir. Pomidordan başqa ispanaq, qırmızı bibər, kök və kələm kimi tərəvəzlər də antioksidan piqmentlərlə doludur.

TAM TAXILLI QİDALAR

Tam taxıllı qidalar yaşlanma əleyhinə başqa bir əsas məhsuldur. Bunlara sıyıq, qəhvəyi makaron, düyü və şirin kartof, həmçinin meyvə və tərəvəzlər daxildir. 

Tam taxıllı qidalar hormonları yaşlandıqca dəyişməyə başlayan qadınlarda enerjini tarazlaşdırmaq üçün xüsusilə faydalı qidalardır. 

Ağ və təmizlənmiş karbohidratlardan fərqli olaraq, onlar enerjini yavaş-yavaş buraxdıqları üçün dərimizdəki kollageni zədələmirlər. Harvard Universitetinin tədqiqatçıları həmçinin bildiriblər ki, tam taxılları diyetinizə daxil etmək daha uzun yaşamanıza kömək edəcək, çünki onlar ürək xəstəliyi, bağırsaq xərçəngi, diabet, insult kimi ölümcül xəstəliklərin riskini azaltmağa kömək edə bilir.

FINDIQ 

Qoz-fındıq qocalma əleyhinə böyük əhəmiyyət kəsb edən qidalardır. Badam və qoz kimi çərəzlər E vitamini, zülal və omeqa-3 yağ turşuları ilə zəngindir və dərinin yenilənməsinə kömək edən sink kimi mineralları ehtiva edir.

SAĞLAM YAĞLAR

Somon və sardina kimi yağlı balıqlar qan təzyiqini və ümumi ürək sağlamlığını idarə etməyə kömək edən vacib omeqa 3 yağları ilə doludur. Bu yağlar həm də təbii yağ baryerini qoruyaraq, dərini nəmləndirərək və incə xəttlərin görünüşünü azaldaraq dərinizin gözəl görünməsini təmin edir. Sağlam yağların başqa bir mənbəyi ürək sağlamlığına kömək edə bilən zeytun və kolza yağıdır.