Uzunmüddətli və ya daimi olaraq arıqlamağın üsulları var, özü də ekstremal pəhriz və yorucu yorucu məşqlər olmadan.
Foodinfo.az sizə bu işdə yardım edəcək 7 məsləhəti təqdim edir:
1. Zülalla zəngin yeməklər və qəlyanaltılar seçin. Zülal (protein) orqanizmi qidalandırır və aclıq hissini azaldır. Əgər orqanizminizdə bu element çatışmırsa, gün ərzində həddindən artıq çox yeməyə meyilli olacaqsınız.
2. Nə yediyinizə fikir verin və kalori qıtlığı yaratmağa çalışın. Bu, sizə sağlam qidalanmaya keçməkdə yardım edəcək.
3. Özünüzü idmana tədricən alışdırın. Bunun üçün həyat tərzinizə uyğun məşq proqramı seçin.
4. Makronutriyent qəbulunu balanslaşdırın. Bu, qanda şəkər səviyyəsini tənzimləməyə kömək edir, əzələ sağlamlığını qoruyur və məşq etmək üçün sizi daim enerji ilə təmin edir. Minimal dərəcədə emal olunmuş qidalara üstünlük verin: meyvə, tərəvəz, yağsız zülal, tam taxıl və sağlam yağları seçin.
5. Səhər yeməyini oyandıqdan sonra 90 dəqiqə ərzində edin. Bu zaman yüksək proteinli qidalar yeyin.
6. Orqanizminizi susuz saxlamayın və lifli qidalar qəbul edin. Bunun sayəsində özünüzü tox hiss edəcək və arzuolunmaz qəlyanaltılardan uzaq dura biləcəksiniz.
7. Nəyi nə qədər yediyinizi ölçüb izləyin. Bu sizə öz yemək vərdişlərinizi anlamağa kömək edəcək.