Hər kəs sağlam, parlaq və gənc dəriyə sahib olmaq istəyir. Bu məqsədlə müxtəlif üsullardan istifadə edirlər. Bəzi üsullar təbii olsa da, bəziləri müəyyən bir proses nəticəsində əmələ gəlir.
O təbii üsullardan biri də duzdur. Məlum olub ki, yemək bişirərkən istifadə etdiyimiz duz dərimiz üçün də faydalıdır. Duzun tərkibindəki komponentlər tıxanmış məsamələrin açılmasına imkan verir. Bu səbəbdən dərini müntəzəm olaraq duzla yumaq dəridə əmələ gələn və ya əmələ gələ biləcək bakteriyaları yox edəcək.
Foodinfo.az dərini duzlu su ilə yumağın faydalarını təqdim edir:
- Dərini duzla yumaq üzdəki ölü dərini çıxararaq onu parlaqlaşdırır.
- Sızanaqları qurutduğu üçün iltihabı aradan qaldırır.
- Təbii soyma effekti yaratdığı üçün dərini hamarlayır.
- Tıxanmış məsamələri açaraq məsamələri daraldır.
- Dərini yumşaldır və qan dövranını sürətləndirir.
- Dəridəki qara və ağ ləkələri aparır.
- Yağlı dərini artıq yağdan təmizləyir.
Bəs duzlu suyu dəridə necə istifadə etmək olar?
1 stəkan içməli suya 2 çay qaşığı təbii qaya duzu əlavə edib qarışdırın. Əridikdə hər səhər dərinizi bu su ilə yuyun.