Həzmsizlik həzm sistemində baş verən narahat bir vəziyyətdir. Bu vəziyyət həzm fermentlərinin çatışmazlığı, sürətli yemək, həddindən artıq yağlı və ağır yeməklər qəbul etmək kimi səbəblərdən yarana bilər. Bununla belə, bəzi qidalar həzmsizliyin qarşısını almaq və ya aradan qaldırmaq üçün faydalı ola bilər.

Foodinfo.az xəbər verir ki, yaxşı həzm üçün lifli qidaları istehlak etmək vacibdir. Tərəvəz, meyvə və bütün taxıl məhsulları kimi lifli qidalar həzmi asanlaşdırır və bağırsaq sağlamlığını dəstəkləyir. Bundan əlavə, probiotik dəstəyi də həzm sistemi üçün faydalıdır. Qatıq və kefir kimi probiyotikləri olan qidalar həzm sistemini tarazlaşdırır və həzm problemlərini azaldır. 

Həmçinin həzmi dəstəkləyən bitki çayları da həzmsizlik üçün yaxşı təsir göstərə bilər. Bitki çayları, xüsusən də nanə, şüyüd və çobanyastığı həzm sisteminə sakitləşdirici təsiri ilə tanınır.

Həzmsizliyin qarşısını almaq üçün yavaş yemək, həzm olunması çətin olan qidalardan uzaq durmaq və mütəmadi olaraq idmanla məşğul olmaq da vacibdir. Bu qidalanma və həyat tərzi dəyişiklikləri həzm sağlamlığının qorunmasında və həzmsizliyin azaldılmasında çox təsirlidir.