“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”.
Foodinfo.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.